12:41
Tailandda məktəbdə atışma nəticəsində ölənlərin sayı, atəş açan şəxs də daxil olmaqla, 9 nəfərə çatıb.
Bu barədə "Khaosod" nəşri məlumat yayıb.
Polis əməkdaşları məktəbdə atışma törədən şagirdin evinə baxış keçirib və onun nənə ilə babasının cəsədlərini aşkar ediblər. O, məktəbə getməzdən əvvəl onları evdə güllələyib.
Şagirdin motivlərini və məktəbdəki mümkün problemləri aydınlaşdırmaq üçün araşdırma aparılır.
Atəş açan şəxsin təxminən 14 yaşı olub, o, intihar edib.

***
09:20
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
TASS xəbər verir ki, hücuma məruz qalan üç müəllim və üç şagird həlak olub. Məktəbə hücum edən şagirdin isə intihar etdiyi iddia olunur.
Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
***
08:05
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
TASS xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.
1 dəqiqə