XƏBƏRLƏR / Kriminal

Keçmiş diplomat Emin İbrahimov saxlanılıb

Keçmiş diplomat Emin İbrahimov saxlanılıb
Emin İbrahimov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Emin İbrahimov Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə şübhəli bilinir.

    Bu barədə "Turan"a vəkil  Aqıl Layıc bildirib. İ.İbrahimov ona deyib  ki, iyulun 22-də axşam saatlarında “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında naməlum şəxs ona hücum edib və dərhal mülki geyimli şəxslər  peyda olub. Onlar İbrahimovu saxlayaraq Nizami RPİ 24-cü bölməsinə aparıblar. Orada ona qarşı elektroşokerden istifadə olunub ki, o, telefonunun kodunu desin.

    * * *

    2024-07-22

    23:01

    Keçmiş diplomat, fəal Emin İbrahimovun saxlanıldığı bildirilir. Onun yaxınların "Turan"a bildirdiyinə görə, axşam saatlarında fəal zəng edərək Nizami Polis İdarəsində olduğunu deyib:

    "Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu deyib". Vəkil Aqil Layıc da məlumatı təsdiqləyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də Turana xəbəri təsdiqləyiblər.

    Bildirilib ki, 1981-ci il təvəllüd Emin İbrahimovla 1987-ci il təvəllüd vətəndaş şəxsi zəminində mübahisə yaranıb: "Nəticədə E.İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır".