XƏBƏRLƏR / Kriminal

Pakistanda silahlıların hücumu nəticəsində azı 10 polis ölüb

Altı nəfər yaralanıb

Pakistanda silahlıların hücumu nəticəsində azı 10 polis ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.

    Bu barədə “Hindustan Times” qəzeti polisə istinadən məlumat yayıb.

    Məlumata görə, 6 nəfər yaralanıb. Əyalət polis rəisi bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.

    Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.