XƏBƏRLƏR / Kriminal

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

YENİLƏNİB

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:05

    İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı Şərur rayonu Yuxarı Havuş kənd sakini 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zəminində dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

    ***

    13:39

    Naxçıvanda qətl hadisəsi törədilib.

    Hadisə Şərur rayonunun Daşarx kəndinndə baş verib.

    İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu qətlə yetirilib.

    Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Sabir İbrahim oğlu şübhəli bilinir.

    Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.