Musiqi zəminində kütləvi bıcaqlaşma. Ölən var
Ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır
Martın 16-na keçən gecə Nəsimi rayon prokurorluğuna 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaq zamanı müəyyən edilib ki, Cəsarət Vəliyev və onun tanışı restoranda yaxınlıqdakı masa arxasında əyləşən şəxslərlə musiqi zəminində münaqişə zəminində bıçaqlanıb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Son məlumata görə, ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.