XƏBƏRLƏR / Kriminal

Qax Rayon İcra Hakimiyyətinin başçısı tutulub YENİLƏNİB

DTX əməkdaşları Qax rayonunda əməliyyat keçirib

Qax Rayon İcra Hakimiyyətinin başçısı tutulub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qax Rayon İcra Hakimiyyətinin başçısı saxlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qax rayonunda əməliyyat keçirib.

    News24.az xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.

    Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

    Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

    İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.