XƏBƏRLƏR / Kriminal

Ermənistan axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib

Ermənistan axtarışda olan şəxsi Türkiyəyə təhvil verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qırmızı bülleten”lə axtarışda olan 14 nəfər xarici ölkələrdə saxlanılaraq Türkiyəyə gətirilib.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

    Onun sözlərinə görə, müxtəlif cinayətlərdə ittiham olunan 9 nəfər Gürcüstandan, 2 nəfər Almaniyadan, 3 nəfər isə müvafiq olaraq Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edilib.

    Axtarışda olanların Türkiyəyə gətirilməsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.