XƏBƏRLƏR / Kriminal

Ermənilər “Qal, sənə qurban”ı mənimsəyə bilmədilər

Əqli Mülkiyyət Agentliyi xəbər verir

Ermənilər “Qal, sənə qurban”ı mənimsəyə bilmədilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və “YouTube” platformasında (https://www.youtube.com/watch?v=POBhY3mT0S8) yunan dilində “Hara gedir” adı altında yayıb.

    Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, məsələ ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin texniki yardımı ilə O.Dəmirçyanın “Youtube” platformasında yaydığı qeyd edilən mahnı silinib.