İrandan gələn narkotik axınının arası kəsilmir
Lənkəran sakini Astarada İrandan gətirilmiş 46 kq narkotik vasitə ilə saxlanılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşları İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 46 kq-a yaxın narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılması cəhdinin qarşısını alıblar, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumatında deyilir.
Polis əməkdaşlarının Astara rayonunun Sım kəndində keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb.
Onun avtomobilinin yük hissəsinə baxış zamanı oradan 20 kq tiryək, 20 kq marixuana, 5 kq heroin, 1 kq metamfetamin, 2000 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Araşdırma zamanı E.Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.