Kremlə yaxın "Rıbar" Telegram kanalının rəhbəri həbs edilib
Monteneqroda saxlanılan Mixail Zvinçuk və həyat yoldaşının harada olduğu barədə məlumat üçün ABŞ 10 milyon dollar vəd edib
“Rybar” TG kanalının yaradıcısı Monteneqro saxlanılıb
Rusiyanın “Rıbar” TG kanalının yaradıcısı və müəllifi Mixail Zvinçuk Monteneqroda saxlanılıb. Ondan başqa həyat yoldaşı və "Rıbar"-ın daha üç əməkdaşı da saxlanılıb. Əməliyyatı Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi həyata keçirib. Mənbənin sözlərinə görə, “saxlanma xarici informasiyaya təsir əməliyyatlarında iştirak edən TG kanallarının hibrid fəaliyyətinə qarşı mübarizə ilə bağlıdır”.
Britaniya və Amerika hakimiyyət orqanları əvvəllər "Rıbar" kanal şəbəkəsini Rusiya təbliğatını yaymaqda və xarici informasiyaya təsir əməliyyatlarında ittiham edirdilər. O, Britaniya sanksiyaları altındadır və ABŞ Dövlət Departamenti onu Amerika seçkilərinə müdaxilədə ittiham edir. 2024-cü ildən bəri ABŞ hökumətinin veb saytı Zvinçukların (ər-arvad) və onların işçilərinin harada olduğu barədə məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir.
Onu da qeyd etmək lazımdır ki, Zvinçuk və onun yaratdığı TG kanalı “Rıbar” dəfələrlə Azərbaycan əleyhinə materiallar dərc edib. Onun iştirakı ilə oxşar nəşrlər Azərbaycana qarşı tənqidi mövqeyi ilə tanınan "Tsarqrad" telekanalında da dərc olunub.
1 dəqiqə