XƏBƏRLƏR / Kriminal

Gürcüstan-Rusiya sərhədində bir qrup terrorçu saxlanılıb

Gürcüstan DTX rəhbərinin birinci müavini Laşa Maqradze “İslam Dövləti”nin üzvü olan 3 yerli sakinin saxlanıldığını deyib FOTO

Gürcüstan-Rusiya sərhədində bir qrup terrorçu saxlanılıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Gürcüstanda Rusiya ilə sərhədə yaxın ərazidə bir qrup terrorçu saxlanılıb.

    Gürcüstanın Pankisi dərəsində, Rusiya ilə sərhədə yaxın ərazidə “İslam Dövləti” (İD)beynəlxalq terror təşkilatının sıralarına qoşulmuş üç yerli sakin saxlanılıb. Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze deyib.

    Terrorla Mübarizə Mərkəzi və Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Əməliyyatlar Departamenti dərənin əsasən çeçenlərin yaşadığı üç kəndində: Omalo, Birkiani və Cokoloda xüsusi əməliyyat keçirib. Laşa Maqradzenin brifinqdə dediyi kimi, adları hələlik açıqlanmayan üç məhbus “terrorçuluq fəaliyyəti həyata keçirmək üçün xarici dövlətdən müəyyən tapşırıqlar alıblar”. O cümlədən, deyildiyi kimi, onlar “qondarma Pankisi dərəsini yaratmağa, “Camaat” (müsəlman xalqlarının icması – “Kommersant”) yaratmağa və “dərənin digər sakinlərini terror fəaliyyətinə cəlb etməyə” cəhd ediblər. Bu məqsədlə onlar “müxtəlif yerlərdə gizli, konspirativ görüşlər təşkil etmiş və terror ideologiyasını təbliğ etmişlər”.

    Dövlət Təhlükəsizliyi Xidməti məhkəmənin qərarı əsasında bir neçə həftə şübhəli şəxsləri nəzarətdə saxlayıb. Saxlanılan şəxslərin evlərində axtarış zamanı bir neçə odlu silah, döyüş sursatı, partlayıcı maddələr, kompüter avadanlığı, elektron daşıyıcı, sənədlər, ədəbiyyat və qondarma bayraq götürülüb. İD Rusiyada terrorçu kimi tanınıb və qadağan edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 328-ci (terror təşkilatına qoşulma) (10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur), habelə 236-cı (qanunsuz olaraq odlu silah və partlayıcı maddələr əldə etmə, saxlama, daşıma) (7 ildən on ilədək azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.