XƏBƏRLƏR / Kriminal

Türkiyənin Londondakı səfirliyi önündə Quran yandırılıb FOTO

Bu barədə Daily Mail məlumat yayıb

Türkiyənin Londondakı səfirliyi önündə Quran yandırılıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Londondakı səfirliyinin qarşısında Quran yandırılıb


    Böyük Britaniyanın paytaxtı Londonda Türkiyənin səfirliyi qarşısında bir nəfər müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırıb.

    Bu barədə Daily Mail məlumat yayıb.

    Kadrlarda əlində alovlu Quran olan bir adamın Türkiyə diplomatik missiyasına tərəf getdiyi görünür.

    Tezliklə hadisə şahidlərindən biri vandala yaxınlaşaraq onu yerə yıxaraq döyüb və kitabı ondan almağa çalışıb. Məlumata görə vandal bıçaq yarası da alıb.

    Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.