XƏBƏRLƏR / Kriminal

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.