XƏBƏRLƏR / Kriminal

30 ildən sonra reper Tupak Şakurun qatili müəyyən olundu

Dueyn "Keffy Di" Davis 1996-cı ildə reper Tupac Shakurun qətlini təşkil etməkdə günahkar bilinib

30 ildən sonra reper Tupak Şakurun qatili müəyyən olundu
Dueyn
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Günahkardır!: Keçmiş kriminal dəstə başçısı Dueyn "Keffy Di" Davis 1996-cı ildə reper Tupac Shakurun qətlini təşkil etməkdə günahkar bilinib.

    Bu, 1996-cı il qətl işi üzrə ilk hökmdür. Andlılar heyəti Davisi ölümcül silahla qətldə günahkar bilib. Şakur 7 sentyabr 1996-cı ildə Las Vegasda baş verən atışmada öldürülüb.

    Prokurorlar iddia edirlər ki, şəhərin Cənub tərəfindəki Compton Crips dəstəsinin keçmiş lideri Davis qətli təşkil edib və silahı Şakuru vuran qardaşı oğlu Orlando Andersona verib.

    2008-ci ildə Davis polisə atəş açılan maşında olduğunu, lakin silahdan atəş açmadığını deyib. Onun ifadəsi sonradan işdə əsas dəlil kimi istifadə edilib.

    63 yaşlı Davis hökmdən apelyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. Hökmün çıxarılması üçün məhkəmə iclası 13 oktyabra təyin edilib.