Sanksiyaya tətbiq olunan mallar Rusiyaya Ermənistandan gəlir
Bunu Avropanın iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib
Sanksiyaya tətbiq olunan mallar Rusiya Federasiyasına Mərkəzi Asiya və Ermənistan vasitəsilə daxil olur.
Bunu Avropa Komissiyasının Aİ Gömrük İttifaqında islahatlara dair təkliflərini təqdim edən Avropanın iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.
"Dünən Aİ İqtisadi və Maliyyə Şurasında nazirlərə məlumat təqdim etdik: Aİ-dən bir sıra Mərkəzi Asiya ölkələrinə, Ermənistan, Qazaxıstan, Qırğızıstana ixracda açıq-aşkar artım var və bu ölkələrdən Rusiyaya ixracda da müqayisə olunan artım var”, - Paolo Gentiloni bildirib.