Qazaxıstanda dövlət çevrilişinə cəhd edən 10 nəfər tutulub
Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi xəbər yayıb FOTO
Atırauda Qərbi Qazaxıstanda konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd etməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Onlar həmçinin terrorizmi təbliğ etməkdə və dini nifrət yaratmaqda şübhəli bilinirlər.

Axtarışlar zamanı silah, narkotik və dini ədəbiyyat tapılıb. Uşaqlar və yeniyetmələr üçün üç yeraltı təhsil mərkəzi də bağlanıb.

Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, saxlanılanların bəzilərinin əvvəllər terrorizm və digər cinayətlərə görə məhkumluqları olub.
1 dəqiqədən az