Trampa mitinq zamanı atəş açılıb, yaralanıb VİDEO YENİLƏNİR
Mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb
10:37
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
***
09:37
ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə davam edir.
Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Kevin Rojek mətbuat konfransında bildirib.
"Onun şəxsiyyətini müəyyənləşdirməyə yaxınıq və bu şəxsin kim olduğuna 100 % əmin olduqdan sonra bu məlumatı mətbuatla paylaşacağıq", - o deyib.
Rojek həmçinin qeyd edib ki, səlahiyyətli orqanlar Trampa atəş açan şəxsin şəxsiyyətinin biometrik təsdiqini gözləyirlər:
"Biz indi fotoşəkillərə baxırıq, onun DNT-sini yoxlamağa və biometrik təsdiq almağa çalışırıq".
Bundan əvvəl CNN jurnalisti Ebbi Fillip bildirib ki, Federal Təhqiqatlar Bürosu Trampın Pensilvaniya sakini olan 20 yaşlı Tomas Metyu Kruks tərəfindən vurulduğunu müəyyənləşdirib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
***
05:20
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində “güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu
“Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
***
04:35
ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.
***
03:05
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinq zamanı ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra yaxşı olduğunu açıqlanıb.
Bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.
“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”, – bəyanatda qeyd olunub.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
***
02.30
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ yaxalanmayıb.