R.Vardanyanın konsulluq girişi məsələsi ilə İrəvan məşğuldur
Xankəndindəki qondarma rejiminin “dövlət naziri” bü gün Laçın DSBM-də saxlanılıb
İrəvandakı diplomatik mənbə TASS-a bildirib ki, Ruben Vardanyana konsulluq girişi məsələsi ilə Ermənistan Xarici İşlər Nazirliyi məşğul olur və bu, öz vətəndaşının hüquqlarını qoruyacaq.
Yada salaq ki, 2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından çıxdığını elan edərək Qarabağa köçüb və noyabrın əvvəlində özünü marionet rejiminin “dövlət naziri” elan edib.