XƏBƏRLƏR / Kriminal

Bolnisidə toyda kütləvi dava düşüb, 7 nəfər bıçaqlanıb

Hadisə azərbaycanlıların kompakt yaşadığı Dəllər kəndində baş verib

Bolnisidə toyda kütləvi dava düşüb, 7 nəfər bıçaqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Dəllər kəndində baş vermiş insident zamanı 7 nəfər bıçaqlanıb.

    Hadisə toy mərasimində baş verib. Məlumata görə, toyda rayonun Dəllər və Darvaz kəndlərindən olan gənclər arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Əlbəyaxa dava zamanı Dəllər kəndindən 6 nəfər, Darvaz kəndindən isə 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.

    Faktla əlaqədar cinayət işi açılıb, istintaq çərçivəsində iki nəfər saxlanılıb.