Cəlilabad rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə Mikayıllı kəndində baş verib.
Kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, M.Abdullayev müəyyən edilərək saxlanılıb.
Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.