Samvel Babayan Xankəndidən İrəvana qaçıb
Bu barədə ermənilərin "Hraparak" saytı məumat yayıb
Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, xuntanın qondarma “parlament”ində təmsil olunan Samvel Babayan artrq Ermənistanda olduğunu bildirib. Bu barədə "Hraparak" məumat yayıb.
“Artıq Ermənistanda, İrəvandayam”, - deyən Babayan erməni jurnalistin başqa suallarına cavab vermək istəməyib. Nəşr yazır ki, Samvel Babayan köhnə maşında gizlənərək Ermənistana ilk qaçanlardan olub.
S.Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib.
2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb. O, son vaxtlaradək Xankəndidə "Vahid Vətən" adlı qondarma partiyaya rəhbərlik edirdi.