Antiterror tədbirləri zamanı Prezidentin saytına hücum olub
Sayta saniyədə 4 milyondan çox DDOS hücum olub
Azərbaycan antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub. Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücumu qeydə alınıb.
Bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
T.Məmmədov qeyd edib ki, xidmət mütəxəssisləri onların qarşısını alır: “Azərbaycanda antiterror tədbirləri başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı kiberhücumlar qeydə alınıb. Bu hücumların əksəriyyəti dövlət qurumlarının saytlarına qarşı həyata keçirilib. Çoxsaylı saxta domenlər yaradılıb və kiberhücumlar reallaşdırılıb. Son zamanlar saxta domenlər üzərindən kiberhücumlar artmaqdadır. Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk.