İyulun 9-da axşam saatlarında İrəvanda hakim “Vətəndaş müqaviləsi” partiyasının Erebuni 33 ünvanındakı ofisinin yaxınlığında atışma olub.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
İrəvan Polis İdarəsindən bildirilib ki, atışma nəticəsində bir nəfər yaralanıb və o, Erebuni tibb mərkəzinə yerləşdirilib.
Hadisənin səbəbi barədə məlumat verilmir, lakin siyasi motivin olması da istisna edilmir.
“Shamshyan.com” saytının məlumatına görə, atəş açan şəxs Areşdəki “Samiko” pivə zavodunun sahibinin oğlu 26 yaşlı Armen G. və Erebuni xəstəxanasına yerləşdirilən 27 yaşlı Yerevan sakini Harutyun İ. güllə yarası alıb.