Qeyri-qanuni erməni silahlı dəstələri yenə fəallaşıb VİDEO
Quldurların silah-sursat daşıması və şəxsi heyəti Böyük Qayıdışa təhlükə yaradır
Azərbaycan KİV-ləri qeyri qanuni erməni silahlı dəstələrinin RSK-nın müvəqqəti yerləşdirildiyi ərazilərdə fəallaşması haqda videolar yayır.
Təqdim edilən videogörüntüdə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin 4 ədəd yük KamAZ-ı, 1 ədəd çən olan KamAZ-ı və 1 ədəd UAZ-ın hərəkəti aydın görünür.
Quldurların mövcudluğu və fəaliyyəti azərbaycanlıların azad edilmiş ərazilərə Böyük Qayıdışına ciddi təhdid və təhlükədir.
Vəziyyəti dəyişmək zamanıdır.