XƏBƏRLƏR / Kriminal

Ekvadorda xoruz döyüşü zamanı 12 nəfər güllələnib

BBC xəbər verir

Ekvadorda xoruz döyüşü zamanı 12 nəfər güllələnib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ekvador polisi 12 nəfərin öldüyü xoruz döyüşünün keçirildiyi əraziyə silahlıların hücumu ilə əlaqədar 4 nəfəri həbs etdiyini bildirib.

    Cümə günü şimal-qərbdəki Manabi əyalətində polisin reydləri zamanı - La Valensiya kənd icmasına hücumdan bir gün sonra silahlar, polis və ordu geyimləri ələ keçirilib.

    Silahlı şəxslər rinqə girərək atəş açıb.

    Yerli mediada yayılan xəbərlərə görə, saxta hərbi geyimdə olan hücumçular rəqibləri xoruz döyüşündə olan cinayətkar dəstənin üzvləridir.

    Faktla bağlı əyalət rəhbərliyi tərəfindən cinayət işi başlanıb.

    Latın Amerikası ölkəsində 20-yə yaxın cinayətkar dəstənin fəaliyyət göstərdiyi güman edilir və onlar əsas narkotik marşrutlarına nəzarət etmək üçün yarışır.

    Ekvador prezidenti Daniel Noboa bildirib ki, hazırda dünyada kokainin təxminən 70%-i ABŞ və Avropaya daşınmazdan əvvəl Ekvador limanlarından keçir.

    Narkotik qaçaqmalçılıq yolu ilə Ekvadora dünyanın iki ən böyük kokain istehsalçısı - qonşu Kolumbiya və Perudan gətirilir.