XƏBƏRLƏR / Kriminal

Türkiyədə narkomafiyaya qarşı ən böyük əməliyyat keçirilib

Bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Yerlikaya məlumat verib FOTO

Türkiyədə narkomafiyaya qarşı ən böyük əməliyyat keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün səhər saatlarında Ankarada Türkiyə tarixində ən böyük narkotiklə mübarizə əməliyyatı keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Yerlikaya məlumat verib. O qeyd edib ki, Türkiyə paytaxtında 626 ünvanda eyni vaxtda keçirilən reydlər nəticəsində 525 nəfər saxlanılıb.

    Əməliyyatda 4768 polis əməkdaşı, 40 xüsusi təlim keçmiş axtarış iti, 4 pilotsuz uçuş aparatı və hava dəstəyi bölmələri iştirak edib.