XƏBƏRLƏR / Kriminal

Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb

Ötən gün Şəkinin Cəyirli kənd sakini, 34 yaşlı Zəhra Əliyeva yatağında ölü vəziyyətdə aşkarlanmışdı

Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəkidə həyat yoldaşını öldürən 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb.

    Ötən gün Şəkinin Cəyirli kənd sakini, 34 yaşlı Zəhra Əliyeva yatağında ölü vəziyyətdə aşkarlanmışdı.

    Belə ki, cinayətdən sonra Həmid Əliyev hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həmid Əliyevin yeri müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.

    Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.