XƏBƏRLƏR / Kriminal

Bakıda atışma - 2 nəfər güllələndi YENİLƏNİB

Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb

Bakıda atışma - 2 nəfər güllələndi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:30

    Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində 2 nəfəri güllələyən şəxs tutulub.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

    Əlavə məlumat veriləcək.

    ***

    Bakıda atışma olub. Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

    Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma aparılır. 

    Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

     Son məlumata görə, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

    Əldə etdiyimiz məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir. Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.