XƏBƏRLƏR / Kriminal

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə verilib

Bu barədə "TRT Haber" məlumat yayıb

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Daxili İşlər Nazirliyi 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə, 47-si isə milli səviyyədə axtarılan 76 şəxsin ölkəyə ekstradisiya edildiyini açıqlayıb.

    Nazirliyin məlumatına görə, bu şəxslərdən 61-i Gürcüstandan, 4-ü Yunanıstandan, 4-ü Almaniyadan, 2-si Fransadan, 2-si ABŞ-dən, digərləri isə Böyük Britaniya, Serbiya və Azərbaycandan Türkiyəyə təhvil verilib. Beynəlxalq və milli səviyyədə axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.