Xankəndidə qanunsuz quldur dəstəsinin üzvləri basdırılıb
Maraqlıdır ki, ermənilər dəfndə iştirak edən qanunsuz quldur dəstələrinin üzvlərinin sifətlərini bağlayıblar
Martın 5-də Qaybalı kəndi yaxınlığında Azərbaycan hərbiçilərinə hücum edən və yerindəcə məhv edilən qanunsuz erməni quldur dəstələrinin 3 üzvü Xankəndidə basdırılıb.
Dəfndə iştirak edən qanunsuz erməni quldur dəstələrinin başqa üzvləri qorxudan sifətlərini bağlayıblar. Özünü "dövlət" kimi qələmə verən separatçılar anlayırlar ki, sabah Ermənistanla sərhəddə Azərbaycanın Nəzarət-Keçid Məntəqəsi qoyulanda hər kəs qeyri qanuni fəaliyyətinə görə cavab verəcək.