Bakıda yenə quldur hücumu olub, bu dəfə ödəniş terminalına
Nərimanov rayonu ərazisindəki ödəniş terminallarından birindən oğurluq edilib
Bakıda ödəniş terminalına hücum olub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nərimanov rayonu ərazisindəki ödəniş terminallarından birindən oğurluq edilib.
Naməlum şəxs ödəniş terminalını açıb 29 min manat pul götürüb.
Epizod təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Cinayəti törətməkdə şübhəli bilinən Rəşad Süleymanov polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Ölkədə 1 həftə ərzində bu üçüncü hücumdur. Dalbadal baş verən quldur hücumları hansısa vahid mərkəzdən idarə olunmasına dəlalət edir.