XƏBƏRLƏR / Kriminal

Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • DİN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.