İtaliya Ermənistana gedən 3 ton kokaini müsadirə etdi
Bu miqdarda kokainin qara bazarda dəyəri təxminən 800 milyon avro təşkil edir
İtaliya təyinat yeri Ermənistan olan 3 ton kokain müsadirə edib.
İtaliyanın Maliyyə və Gömrük Nazirliyinin nümayəndələri Kalabriya bölgəsindəki Gioia Tauro limanında 2,7 tondan çox kokain müsadirə ediblər. Bu barədə çərşənbə axşamı İtaliyanın ANSA agentliyi məlumat yayıb.
ANSA-nın məlumatına görə, narkotik paketləri Ekvadordan gətirilən banan qabları ilə birlikdə gizlədilib və sonradan Ermənistana göndəriləcək. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu miqdarda kokainin qara bazarda dəyəri təxminən 800 milyon avro təşkil edir.