XƏBƏRLƏR / Kriminal

Rusiya vətəndaşının ayaqqabılarında sursat tapılıb

Dövlət Gömrük Komitəsi xəbər verir

Rusiya vətəndaşının ayaqqabılarında sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya vətəndaşının ayaqqabılarında gizlədilmiş sursat tapılıb.

    Gömrük əməkdaşları Moskva-Bakı reysi ilə gələn Rusiya vətəndaşının əl baqajında ​​sursat aşkar ediblər.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, gömrük əməkdaşları onun baqajını rentgen aparatı ilə yoxlayarkən şübhəli əşyalar aşkar ediblər.

    Əlavə yoxlama zamanı sərnişinin əl baqajındakı ayaqqabılarda gizlədilmiş 11 patron aşkar edilib.

    Müayinə zamanı sursatın zavod istehsalı, 9x18 mm kalibrli, atəş açmağa yararlı sursat olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.