Ermənistanda keçmiş maliyyə nazirinin həbsinə order verilib
Qaqik Xaçatryan külli miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında günahlandırılır
Ermənistanda keçmiş maliyyə naziri Qaqik Xaçatryanın saxlanılmasına order verilib.
Bu barədə erməni mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.
"Xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə cinayət istintaqı çərçivəsində təxirəsalınmaz istintaq və prosessual tədbirlər həyata keçirilib. Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarışlar və digər tədbirlər aparılıb", - məlumatda qeyd olunur.
İstintaq Komitəsinin məlumatına görə, cinayət istintaqı çərçivəsində Qaqik Xaçatryanın sonradan məhkəməyə təqdim edilməsi məqsədilə saxlanılması barədə qərar qəbul edilib.
Qaqik Xaçatryan 20 avqust 2008-ci ildən 26 aprel 2014-cü ilə qədər Ermənistan hökuməti yanında Dövlət Gəlirləri Komitəsinə (DGK) rəhbərlik edib. 2014-2016-cı illərdə Ermənistanın maliyyə naziri vəzifəsini tutub.
1 dəqiqə