XƏBƏRLƏR / Kriminal

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb

Atasını öldürən oğul saxlanılıb

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.

    Hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.

    Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.

    Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma davam etdirilir.