XƏBƏRLƏR / Kriminal

Məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb

Dörd yaralı var

Məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:47

    İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.

    Ərdoğan ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

    Türkiyənin ədliyyə naziri Yılmaz Tunc terror aktı ilə bağlı cinayət işinin başlandığını, hazırda iş üzrə 34 nəfərin saxlanıldığını deyib.

    ***

    13:37

    Türkiyənin İstanbul şəhərində məhkəmə binasının girişinə silahlı hücum edilib.

    TRT xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

    Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla, 5 nəfər yaralanıb. Hücum edən 2 nəfər (1 kişi, 1 qadın) ölü halda ələ keçirilib.

    Hadisə zamanı əvvəlcə ətrafdakı insanlar silah səsi eşidiblər. Bundan sonra əraziyə polis qüvvələri cəlb olunub.

    Hazırda araşdırma aparılır.