İordaniya Suriya ərazisinə hava zərbələri endirib
Bu barədə “Reuters” agentliyi məlumat yayıb
İordaniya Suriyada narkotik qaçaqmalçılarının şübhəli anbarlarına və sığınacaqlarına hava zərbələri endirib.
“Reuters”in xəbərinə görə, İordaniya təyyarələri narkotik ticarəti liderinin Şəab şəhərindəki şübhəli evinə, eləcə də Əl-Ghariya kəndi yaxınlığındakı anbarlara zərbələr endirib. Hər iki yaşayış məntəqəsi İordaniyanın yanındakı Suveyda əyalətində yerləşir.