XƏBƏRLƏR / Kriminal

Qazaxıstanda nəqliyyat nazirinin müavini saxlanılıb

Bu barədə Qazaxıstan KİV-i xəbər verir

Qazaxıstanda nəqliyyat nazirinin müavini saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablaliyev saxlanılıb.

    Bu barədə Qazaxıstan KİV-i xəbər verir.

    Məlumatı şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Lakin saxlanılmanın səbəbləri hələlik açıqlanmayıb.

    Bu arada internetdə 78 min dollar rüşvət alınması və mümkün qeyri-qanuni himayə də daxil olmaqla, təsdiqlənməmiş versiyalar yayılır.

    Korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti saxlanılma ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.