İlham Əliyev İrandakı terror aktının istintaqından narazıdır
Bunu o, Türkiyənin milli təhsil naziri Mahmut Özeri və TBMM-in bir qrup üzvü ilə görüşdə deyib
Videokonfrans formatında keçirilən görüşdə İlham Əliyev Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktına da toxunub.
Prezident deyib ki, "Bu terror aktı Azərbaycan tərəfindən diqqətlə araşdırılır. Bu şəxsin səfirliyimizin binasında törətdiyi terror aktı ətrafında prosesin uzun çəkməsinə baxmayaraq, İran polisi və təhlükəsizlik qüvvələri tərəfindən heç bir ciddi tədbir görülməyib”.