XƏBƏRLƏR / Kriminal

Yevlaxda kişi həyat yoldaşını öldürdü

1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu saxlanılıb

Yevlaxda kişi  həyat yoldaşını öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 2-də saat 3 radələrində Yevlax rayonunda 1987-ci il təvəllüdlü Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən L.Bəkirovanın həyat yoldaşı 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Araşdırma aparılır.