XƏBƏRLƏR / Kriminal

Ciddədə ABŞ konsulluğunun mühafizəçisi həlak olub

Bu barədə Məkkə dairə polisinin sözçüsü məlumat yayıb

Ciddədə ABŞ konsulluğunun mühafizəçisi həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ciddədə ABŞ konsulluğu qarşısında atışma zamanı silahlı şəxs zərərsizləşdirilib.

    Bu barədə Məkkə dairə polisinin sözçüsü məlumat yayıb.

    Onun sözlərinə görə, çərşənbə günü saat 18:45-də Ciddəki ABŞ konsulluğunun binası qarşısında dayanan avtomobildən əlində odlu silah olan şəxs düşüb. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək, atışma zamanı onu öldürüb.

    ABŞ-ın Ciddədəki konsulluğunun mühafizəçisi də atışma zamanı həlak olub.

    Faktla bağlı araşdırma aparılır.