XƏBƏRLƏR / Kriminal

İran-Azərbaycan sərhədində 6 kq marixuana aşkarlanıb

DSX xəbər verir

İran-Azərbaycan sərhədində 6 kq marixuana aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Bu barədə DSX-dan məlumat verilib.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.