XƏBƏRLƏR / Kriminal

Ermənistanda kilsəyə qarşı torpaq iddiası qaldırılıb

İş Antikorrupsiya Məhkəməsində araşdırılacaq

Ermənistanda kilsəyə qarşı torpaq iddiası qaldırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş Prokurorluğu məhkəmədə Müdafiə Nazirliyi ilə Erməni Apostol Kilsəsi arasında daşınmaz əmlak və torpaq sahələrinin icarəsi üzrə müqavilələrin etibarsız sayılması barədə iddia qaldırıb.

    “Sputnik-Armenia” xəbər verir ki, iş Antikorrupsiya Məhkəməsində araşdırılacaq.

    Ölkənin Baş Prokurorluğundan bildirilib ki, 2019-cu ilin 30 avqust tarixində imzalanan müqaviləyə əsasən, dövlətə məxsus olan və Müdafiə Nazirliyinin istifadəsinə verilən 9427,3 kvadratmetrlik sahəyə malik tikililər və 8,9 hektar ərazidəki torpaq sahəsi əvəzsiz olaraq kilsənin balansına keçirilib.

    Ermənistanın Baş Prokurorluğu tərəflər arasında imzalanan müqaviləninin qanunsuz olması səbəbindən ləğvini tələb edir.