Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürülüb
Bu barədə "News.am" portalı məlumat yayıb
16:23
Hərbi cani Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsini tərk edib.
"Armenpress"in məlumatına görə, jurnalistlərin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırıldığı işlə bağlı sualına Serj Sarkisyan belə cavab verib: "İş materiallarını alanda danışarıq".
Qeyd edək ki, Serj Sarqsyan digər hərbi cani Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb
Xatırladaq ki, bu gün Ermənistan Prokurorluğu hərbi cani Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 maddə), xüsusilə külli miqdarda rüşvət alma (2 maddə) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 maddə) ittihamları ilə cinayət işi başlandığı barədə məlumat yayıb.
***
14:59
Hərbi cani Serj Sarqsyan digər hərbi cani Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb.
Bu barədə "News.am" portalı məlumat yayıb.
Sarqsyan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur.
Daha əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı ictimai cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə külli miqdarda pulların yuyulması ilə bağlı dörd epizod üzrə ittihamlar irəli sürülüb.
Eyni iş çərçivəsində daha doqquz nəfərə qarşı cinayət təqibi başlanıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, əvvəllər Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyan, İrəvanın sabiq meri Andranik Marqaryan, Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və digər şəxslər var.
1 dəqiqə