Erməni tapşırığını yerinə yetirən qadın turistlər saxlanıldı
Üç qadın pul müqabilində Bakıda erməni nasist qruplaşmasının “Xaytarak” loqosu ilə fotoşəkil çəkdiriblər
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda xüsusi əməliyyat keçirərək rusiyalı turistləri saxlayıb.
Ermənilərin xahişi ilə rusiyalı qadınlar Yana Qutselyuk, Elena Lariontseva və Lalə Bəhrəmova pul müqabilində Bakıda Şəhidlər Xiyabanında erməni nasist qruplaşmasının “Xaytarak” loqosu ilə bir neçə fotoşəkil çəkdiriblər. Qadınlar onları necə aldatdıqlarını və şəkil çəkdirməyə razı saldıqlarını ətraflı izah ediblər.
Müəyyən edilib ki, təxribat Rusiyanın müxtəlif şəhərlərində yaşayan erməni radikal teleqram kanalının təsisçisi və idarəçiləri Haytarak, Qurgen Torosyan, Sarqis Harutunyan, İqor Hakobçanyan və Artur Martirosyan tərəfindən təşkil edilib.