Hərbi cani Koçaryan külfəti ilə Amerikaya qaçmaq istəyir
Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb
“Uzun fasilədən sonra Robert Koçaryan dünən “Konqress” otelində “Hayastan” fraksiyasının bir qrup deputatı ilə görüş keçirdi, lakin fraksiya üzvlərinin yarıdan çoxu dəvət olunmadı, dünən orada olanlar isə təfərrüatları açıqlamaqdan imtina etdilər”. Bunu Ermənistanın siyasi sisteminin kuluarlarında baş verənlərlə məlumatlılığı ilə tanınan “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, “Robert Koçaryanın bütün ailəsi ilə birlikdə Ermənistanı tərk etmək niyyətində olması barədə davamlı şayiələr yayılır. Övladının üçü ABŞ-da, qalanları isə Yunanıstanda doğulan Köçəryanın kiçik oğlu ailəsi ilə birlikdə ABŞ-a köçmək qərarına gəlib. "Hraparak"ın mənbəsi deyir ki, Koçaryanlar hətta bizneslərini də xaricə köçürürlər.
"Dünən Köçəryanın ofisi inadla zənglərimizə cavab verməkdən imtina etdi”- sonda nəşr qeyd edir.