XƏBƏRLƏR / Kriminal

Füzulidə silsilə oğurluq törədən şəxs saxlanılıb

DİN xəbər verir

Füzulidə silsilə oğurluq törədən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

    Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, saxlanılan şəxsin 6 evdən oğurluq etdiyi müəyyən olunub.

    Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.