XƏBƏRLƏR / Kriminal

27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.