Dekabrın 27- də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-c il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş ver verib.
Araşdırma aparılır.